Xəbər lenti

İtaliyada evlənən cütlük rüstoranın pulunu verməyib, gəlinin vətəninə qaçdı (FOTOLAR)
Foto 23:55 06.10.2023

İtaliyada evlənən cütlük rüstoranın pulunu verməyib, gəlinin vətəninə qaçdı (FOTOLAR)

Yeni evlənənlər 80 qonağına xidmət edən italyan restoranında ziyafət pulunu ödəməkdən imtina ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

İtalyan Moreno Prioretti və alman əsilli Andre Svenja evliliklərini 2022-ci ilin avqustunda Frozinonedəki "Ristorante La Rotonda"da 8000 avroya ziyafətlə qeyd ediblər.

Bəy, onun valideynləri və gəlin planlaşdırılan tədbirdən 7 ay əvvəl restorana baş çəkib və müxtəlif menyu variantlarını sınaqdan keçiriblər. Bət toyun ertəsi günü hesabı ödəyəcəyinə söz versə də, yoxa çıxıb.

Məlum olub ki, mərasimdən dərhal sonra cütlük avtomobillə Romaya gedib və oradan da ailələri ilə birlikdə Frankfurta uçublar. Əvvəlcə hesabın ödənilməsini gözləyən restoran sahibi bəyin evinə baş çəkərək qonşularla danışıb, daha sonra polislə əlaqə saxlayıb, cütlüyün dəqiq marşrutunu müəyyənləşdirib.

"Son qəpiyə qədər ödəməyincə onu bağışlamayacaç. Mən 40 ildir ki, restoran işlədirəm və bu, heç vaxt başıma gəlməyib”, deyə restoran sahibi Enzo Fabrizzi bildirib.

Prioretti həm İtaliya, həm də Almaniya polisi tərəfindən axtarışa verilib. Daha sonra o, pulu qaytarmağa razılıq verib. Lakin borcun məbləği ilə bağlı mübahisə etmək qərarına gəlib və vəkil tutub.

"Həqiqət həmişə ortadadır və sizi əmin edə bilərəm ki, ödənilməmiş hesab cənab Fabrizzinin iddia etdiyinin yarısıdır”, deyə vəkil bildirib. Onun sözlərinə görə, məbləğin yarısı toy zamanı ödənilib.

"Müvəkkilim 3285 avro ödəyib, bu səhər ödədiyi 4850 avro qalıq var idi, ona görə də hər şey həll olunub”, deyə vəkil fikrini yekunlaşdırıb.

Lakin restoran sahibi bildirib ki, keçmiş müştəri hələ də ona pul ödəməyib: "Mən fakturanın ödənildiyinə dair sübut görəndə iddiadan imtina edəcəyəm, lakin dediyim kimi, əmanət və ya ödənilmiş qalıq görməmişəm". O, ödənilməmiş hesabın iflasa səbəb ola biləcəyindən qorxur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->