Xəbər lenti

İtaliyada niyə heç "Starbucks Coffee" yoxdur?
Dünya12:03 04.10.2016

İtaliyada niyə heç "Starbucks Coffee" yoxdur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən geniş yayılmış kofe şəbəkəsi olan "Starbucks Coffee" demək olar ki gəlir əldə edə biləcəyi bütün ölkələrdə şöbələrini açıb. Hətta bu yaxınlarda Bakıda da öz kafelərini açıb və hazırda da bir neçə istiqamətdə yeni kafeləri açılmağa davam edir. Ancaq bütün "Starbucks" üçün bir istisna olan ölkə var - İtaliya. Bəs bunun səbəbi nədir?

1980-ci illərdə "Starbucks"şirkətinin rəhbəri Howard Schultz İtaliya bazarını kəşf etməyə gedir. Sürətlə bütün dünyaya yayılan kofe şəbəkəsi İtaliyaya da girmək istəyir,ancaq Schultz burada bir əsas şeyə diqqət edir. İtaliyada espresso mədəniyyəti var. Howard Schultz getdiyi  espressobarlarda çox səmimi aura olduğunu,işçilərin müştərilərə adları ilə müraciət etdiyi görür. İtaliyada insanların kofeni sürətlə içmədiklərini,əksinə yavaş-yavaş içərək zövq aldıqlarını görür.

Həmin illərdə "Starbucks"  artıq Amerikada özünəməxsus şəkldə formalaşmışdı. İtalyan kofe mədəniyyətindən başlanğıc götürsə də,artıq Amerika cəmiyyətinin mədəniyyəti ətrafında forma dəyişdirmişdi. Şirkət rəbərliyi Amerikadaki "Starbucks" kafelərinin sürətli istehlak olunan bir şey olduğu üçün İtaliyada eyni formatla uğursuz olacaqlarını düşünürlər. Axı italyanlar kofeni ənənəvi üsulla,öyrəşdikləri kimi içməyi sevirlər. McDonald"s və Burger King kimi fast-food markaları İtaliyada işləyir, "Niyə "Starbucks" uğursuz olsun ki?" deyə düşünə bilərsiniz, ancaq "Starbucks" üçün bunun çox önəmli səbəbi var.

Şirkət rəhbərliyinin bu barədə fikri velədir:""Starbucks" İtaliya bazarında uğurlu olacağı təqdirdə, beynəlxalq şirkətlərindən birindən daha çox gəlir əldə etmiş olacaq. Ancaq uğursuz olacağımız təqdirdə isə, İtaliyaya qoyduğumuz investisiyadan daha dəyərli bir şey itirəcəyik: insanların beynindəki "Starbucks" anlayışı ziyan görəcək. Bütün dünyada "Starbucks" müştəriləri sadəcə kofe içmir, həm də fərqli bir təcrübə qazanır və özlərini bizim kafelərə gələrək xüsusi hiss edirlər. Əgər insanlar İtaliya kimi güclü kofe mədəniyyətinin olduğu bir ölkədə "Starbucks"ın problem yaşadığını görsələr,bizim etibarımız zədələnə bilər. "

Yaxınlarda İtaliyada da bu kafelərin fəaliyyətə başlayacağı barədə söz-söhbətlər gəzsə də, hələ ki bunlar reallaşmamış olaraq qalır. //Pahoo.Az

Qaynarinfo.Az