Xəbər lenti

İtaliyada yeni zəlzələ - 4,9 bal gücündə
Dünya16:15 24.08.2016

İtaliyada yeni zəlzələ - 4,9 bal gücündə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın mərkəzində 4,9 bal gücündə yeni zəlzələ baş verib.
Məlumatı "RAI News" telekanalı yayıb.

Məlumata görə, yeraltı təkanlar (afterşoklar) Roma da daxil olmaqla böyük ərazidə hiss olunub.

Xatırladaq ki, ilk təkan 6 bal gücündə olub. Daha sonra 5,4 bal gücündə ikinci təkan qeydə alınlb. Təkanlar böyük ərazini əhatə edib və Peruc, Riyeti, Norçe şəhərlərində hiss olunub.

Dağıntıların təmizlənməsi və təbii fəlakət qurbanı olmuş insanların axtarışları davam edir.(report)

Qaynarinfo.Az