Xəbər lenti

İtaliyalı əfsanə "Neftçi"nin baş məşqçisi ola bilər
İdman 17:15 24.08.2016

İtaliyalı əfsanə "Neftçi"nin baş məşqçisi ola bilər

Moskva "Spartak"ının sabiq baş məşqçisi Dmitri Aleniçev "Neftçi"ni çalışdıra bilər.

Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının son turunda II heyətlə meydana çıxmış "Qarabağ"a böyük hesabla (0:3) yenilməsi "Neftçi"də baş məşqçi Vəli Qasımovun yerinə əvəzləyici tapılmasına səbəb olub. Bu posta daha bir namizəd İtaliya millisinin sabiq futbolçusu Cennaro Qattuzodur.

Qeyd edək ki, Dmitri Aleniçev "Spartak"ın Avropa Liqasında Kiprin AEK klubuna 0:1 hesablı yenilgisindən sonra komandanı tərk edib. İtaliyanın "Piza" klubunu B Seriyasına çıxartmış Cennaro Qattuzo isə rəhbərliyin razılığı ilə bu komandadan ayrılıb.  

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->