"Yuventus"un və İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon İtaliya A Seriyasının hazırkı vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.
Qaynarinfo xəbər verir ki, onun açıqlamalarını "Marca" nəşri yayıb.
Buffonun sözlərinə görə, hazırda İtaliya çempionatı səviyyəsinə görə İngiltərə, İspaniya, Almaniya və Fransa liqalarından geri qalır.
"Bu gün, yəqin ki, Avropada cəmi beşinci yerdəyik. Liqamız keçid çempionatına çevrilib. Böyük klublar futbolçularını inkişaf etdirmək üçün onları bura göndərirlər, halbuki öz gənc oyunçularımız üçün demək olar ki, yer qalmayıb. Bununla belə, xüsusilə İngiltərə Premyer Liqasında çıxış edən vacib və istedadlı futbolçularımız var", deyə Buffon bildirib.
Əfsanəvi qapıçı əlavə edib ki, son 25 ildə futbol köklü şəkildə dəyişib.
"Biz İtaliyayıq" ifadəsi gözəl səslənir və tariximizi heç kim silə bilməz. Ancaq digər ölkələr bizdən öyrənməyi bacardılar, hətta bəzi hallarda bizi də geridə qoydular", deyə o vurğulayıb.
Aydın
Şərhlər