İtaliyanın müdafiə naziri Quydo Krosetto bildirib ki, Ukrayna hərbi qüvvələrinin əks-hücum əməliyyatı bir sıra çətinliklərlə üzləşib və bu, uzunmüddətli münaqişənin mümkünlüyü barədə düşünməyə vadar edir.
Qaynarinfo bu barədə "Corriere della Sera"ya istinadən xəbər
verir.
"Bunun nə vaxt bitəcəyini heç kim bilmir. Bu gün vəziyyət dalana yaxındır və bu, bizi uzun, hətta çox uzun müddət haqqında düşünməyə vadar edir, deyə İtaliya Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Krosettonun sözlərinə görə, o, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı uzanan vəziyyətdən danışanda narahat olur:
"Rusiya səngərləri hücum əməliyyatlarını çətinləşdirir. Beləliklə, ola bilsin ki, münaqişənin sonu siyasi seçimdən asılı olacaq”.
Aydın