İtaliya Müdafiə Nazirliyi qoşunlarının Əfqanıstandan 20 illik iştirakından sonra geri çəkilməsi ilə bağlı video yayımlayıb.
Qaynarinfo xəbər verir ki, bu ölkədəki hərbi əməliyyat zamanı 53 italyan əsgəri öldürülüb, 723 nəfər yaralanıb.
İngilis "Times" qəzeti Amerika hərbi kontingentinin Əfqanıstandan necə çıxarılmasını ətraflı izah edib.
Məlumata görə, tamamilə hər şey Əfqanıstandan çıxarılır ki, "Taliban”a heç bir şey qalmasın.
"ABŞ Əfqanıstandan çıxdıqdan sonra düşmənin əlinə nəsə düşə biləcəyindən qorxur. Bu səbəbdən özləri ilə yalnız silah və sursat deyil, hətta metal qırıntılarını da götürürlər”, - deyə qəzet yazır. Hətta əsgərlər arasında məşhur olan kiçik fast-food restoranları da sökülərək, daşınmaq üçün nəqliyyat təyyarələrinə göndərilib.
Alpər