
Rusiyada itlər üçün "Facebook" a bənzəyən sosial şəbəkə yaradılır. "DrujOK" adlı sayt heyvan sahiblərinin itlərinə "dost" tapmağa kömək edəcək.
DrujOK da dost əlavə etmək, şəkil paylaşmaq, şərh yazmaq kimi özəlliklər də olacaq. İtinizin adını, cinsini və yaşı kimi məlumatları yazaraq profilli hazırlanacaq.
Bu sosial şəbəkənin qurucusu isə rusların məhşur Odnoklassniki platformasının qurucusudur.
Odnoklassniki, DrujOK-u bənzəri olmayan bir platforma olaraq görür. Şirkətə görə platforma petshop məhsullarının satışını da canlandıracaq. Bundan əlavə isə itən heyvanların axtarışı da burdan daha sürətli təşkil olunacağı düşünülür.
Sayt hələ tam olaraq fəaliyyətə başlamasa da itlər "qeydiyyat" dan keçməyə başlayıb.(BBC)
Qaynarinfo.Az

