Prezidentliyə namizədlərin bu gün İctimai Televiziyada kecirilən teledebatında qarşıdurma baş verib.
“Qafqazinfo” xəbər verir ki, MMP sədri Hafiz Hacıyev Milli Şuranın namizədi Cəmil Həsənlinin ailəsi haqda təhqiramiz fikirlər işlədib. Bu isə tərəflər arasında qarşıdurma yaradıb.
Cəmil Həsənli çıxış edərkən Hafiz Hacıyev müdaxilə edib və əlindəki su butulkasını Cəmil Həsənliyə tərəf atıb. Bundan sonra Hafiz Hacıyev zaldan çıxarılıb.
C. Həsənli isə itirilmiş vaxtının bərpa olunmasını tələb edib. Namizədin tələbi nəzərə alınmayıb və C. Həsənli studiyanı tərk edib.