Xəbər lenti

İvanişvili siyasətə qayıdır - Gürcüstanda nə dəyişəcək? (ŞƏRH)
Dünya11:03 07.01.2024

İvanişvili siyasətə qayıdır - Gürcüstanda nə dəyişəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya Gürcüstan uğrunda hərəkətə keçdiyindən, İvanişvilinin siyasətə dönüşünü təşkil etmək istəyir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev gürcüstanlı milyarder Bidzina İvanişvilinin hakim "Gürcü Arzusu” Siyasi Şurasının yenidən sədri seçilməsini şərh edərkən deyib.
Cümşüd Nuriyev qeyd edib ki, Bidzina İvanişvili Rusiyanın adamıdır:
"Moskva onu vaxtilə Fransanın əli ilə Gürcüstanda hakimiyyətə gətirmişdi. Onun hakimiyyətə gəlməsilə Sakaaşvilinin nələrə məruz qaldığı da ortadadır. Hazırda Rusiyanın yeni layihəsində Gürcüstan da mühüm yer tutur. Tiflisə Avropa İttifaqı yolunda namizədlik statusunun verilməsi istər-istəməz Moskvanı qıcıqlandırıb. Ona görə də Qərbin atdığı addımın ardınca Moskva da hərəkətə keçməyə başlayıb. Bunun üçün də yenidən İvanişvilinin siyasətə dönüşünü təşkil edirlər". 
Həmsöhbətimiz  düşünmür ki, Avropa İttifaqı yaxın zamanda Tiflisi öz sıralarına qəbul edə bilər:
"Amma bununla belə, Tiflislə bağlı Aİ-nin qərarından sonra Moskvanın hərəkətə keçməsi onu deməyə əsas verir ki, hazırda Cənubi Qafqazın iki ölkəsi, Ermənistan və Gürcüstan uğrunda Qərblə Rusiya arasında mübarizə kəskin fazaya qalmaq üzrədir. İvanişvilinin yenidən dönüşü də Moskvanın Gürcüstanın Qərbə inteqrasiyasını əngəlləmək məqsədilə bağlıdır. Görünür, Kreml İvanişvilidən başqa bu prosesi əngəlləməyə qadir başqa bir siyasətçi tanımır. Ona görə də növbəti dəfə məhz ona "stavka” edir. Bu oyunda Kremlin məqsədi də Qərb Gürcüstanı götürənə qədər, onu özünün götürməsidir. Düşünürəm ki, Rusiya bu məqsədinə nail olacaq. Hadisələrin gedişi göstərir ki, Qərb və ABŞ tədricən mövqelərini əldən verməklə Rusiyaya uduzur. Qərb Gürcüstanı uduzması ilə isə Qafqazı bütövlükdə itirəcək".
Qeyd edək ki, Gürcüstan mətbuatının yazdığına görə, hakim "Gürcü Arzusu"nun təsisçisi Bidzina İvanişvili partiyanın Siyasi Şurasının yeni sədri seçilib. Partiyanın sədri İrakli Kobaxidze isə bildirib ki, Bidzina İvanişvili partiyanın fəxri sədri olacaq. 
Bidzina İvanişvili partiyanın qurultayında çıxışı zamanı siyasətə öz təşəbbüsü ilə qayıtdığını bildirib: 
"Düz üç il əvvəl mən aktiv siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə ictimaiyyətə məlumat vermişdim. İndi, üç ildən sonra, öz təşəbbüsümlə, partiyanın fəxri sədri kimi, siyasi həyata qayıdıram". 
Rüfət Sultan