Xəbər lenti

IX
Sənət 12:27 19.08.2025

IX "Muğam" Müsabiqəsinin yekun konserti Laçında

IX "Muğam” Televiziya Müsabiqəsinin yekun konserti avqustun 25-da keçiriləcək.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib. O bildirib ki, müsabiqənin yekun konserti Laçın şəhərində baş tutacaq.
"Konsert canlı yayımlanacaq. Əlavə qonaqlar da dəvət olunub. Gecədə müsabiqənin qalibləri müəyyən olunacaq. Birinci, ikinci və üçüncü yerin qaliblərinə hədiyyələr təqdim olunacaq”.

Nəzakət Teymurova final konsertinin Laçın şəhərində keçirilməsinin səbəbini də açıqlayıb:

"Avqustun 26-sı Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçib. Hər halda gözəl bir gündür”. 

Xatırladaq ki, IX "Muğam” Televiziya Müsabiqəsi Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.

Müsabiqəyə 20 nəfər gənc, 10 nəfər yeniyetmə qatılıb. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->