Fransız aktyor Jerar Depardye Le Figaro-ya cinsi zorakılıq ittihamlarını rədd edən açıq məktub yazıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Variety
yazır.
Depardyenin çoxdankı dostunun qızı Şarlotta Arna məşhur aktyoru zorlamada ittiham edib və 2018-ci ildə fransızı məhkəməyə verib. 2020-ci ilin dekabrında Depardyeyə qarşı ittihamlar irəli sürülüb.
Aktyora qarşı həbslə bağlı heç bir tədbir tətbiq edilməsə, ittihamlar çəkilişlərə mane olmasa da, fransız baş verənlərlə bağlı məktub yazmaq qərarına gəlib.
Depardye iddia edir ki, Arna aktyorun yataq otağına öz təşəbbüsü ilə gəlib: "O, ilk dəfə deyildi ki, evə gəlirdi, rahat və həvəslə yataq otağına girdi və bu gün orada təcavüzə məruz qaldığını deyir. O, ikinci dəfədir gəlib. Heç bir məhdudiyyət, zorakılıq, etiraz olmayıb. Verilişdə mənimlə mahnı oxumaq istəyirdi. "Yox” dedim. O, şikayət etdi”, - Depardye yazıb.
Arna tərəfindən ittihamlar səsləndirdikdən sonra daha 13 qadın məşhur aktyorun təcavüzündən danışıb. Onların arasında aktrisalar, vizajistlər və prodüserlər var. Hadisələr 2004-2022-ci illər arasında 11 filmin çəkilişləri zamanı baş verib.
13 qadından heç biri məhkəməyə müraciət etməyib və Depardye özü cinayət qanununun predmeti ola biləcək bütün ittihamları rədd edir.
Nizami Bağırov