Xəbər lenti

Jirinovski persona non-qrata elan edildi
Dünya07:19 16.05.2013

Jirinovski persona non-qrata elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qırğızıstan parlamenti Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovskinin "arzuolunmaz şəxs" elan edib. 

Qaynar.info-nun məlumatına görə, Jirinovskinin "persona non-qrata" elan edilməsinin təklifinin müəllifi Ata-Yurt Partiyasının üzvü Yıldızhan Yoldaşeva, "Jirinovski bu cür açıqlamalar vermək hüququnu kimdən alır? Bizim suverenlik haqlarımıza təcavüz edir. Bu cür açıqlamadan sonra onun Qırğızıstana gəlmə haqqını olmadığını düşünürəm" deyib. 

Parlament bundan əlavə Rusiya Dumasına da Jirinovskinin açıqlamalarını araşdırması üçün məktub ünvanlayıb. 

Qeyd edək ki, Vladimir Jirinovski Qırğızıstanın Rusiyaya olan 500 milyon dollar borcu qarşılığında İssık-Kul gölünün verilməsini təklif etmişdi.

Qaynar.info