Jirinovskinin oğlu, Dövlət Dumasının keçmiş vitse-spikeri İqor Lebedev adını, soyadını və ata adını tamamilə dəyişib. İndi onun adı Daviddir.
Qaynarinfo xəbər verir ki, Baza-nın "Jaba i Qodyuka” teleqram kanalı ilə birlikdə məlumatına görə, ad dəyişikliyi 2021-ci ilin yayında baş verib, eyni zamanda İqor Vladimiroviç Rusiya siyasətindən və LDPR partiyasından həmişəlik ayrıldığını elan
edib.
Sabiq deputatın yeni pasport almasını təsdiq edən sənədlər redaksiyadadır.
Bu qərara səbəb Avropa Birliyinin hələ 2014-cü ildə Jirinovskinin oğluna tətbiq etdiyi sanksiyalar ola bilər. Həmin andan keçmiş deputat ailə üzvlərinin çoxlu daşınmaz əmlaka malik olduğu Avropaya getmək imkanını itirib. Lebedev İspaniya sahillərinə olan sevgisini heç vaxt gizlətməyib, bəlkə də yeni pasport və yeni şəxsi məlumatlar ilə səyahət etmək onun üçün asanlaşacaq.
Vladimir Jirinovskinin oğlu Rusiya üçün hansı atipik soyadı seçib, niyə ata adından imtina edib, gənc həyat yoldaşını və partiyasını niyə atıb, həmçinin atası ilə mübahisəsinin səbəbi nədir? Baza tezliklə yeni araşdırmasında bu suallara cavab veriləcəyini bildirib.
Alpər