Xəbər lenti

Jurnalist 12 təyyarəyə bomba yerləşdirdi
Dünya06:31 14.07.2016

Jurnalist 12 təyyarəyə bomba yerləşdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsraildə bir jurnalist ölkənin ən əhəmiyyətli hava limanının təhlükəsizlik problemi olduğunu ortaya çıxarıb.

"Qaynarinfo.Az" xəbər verir ki, David Süleyman adlı jurnalist dünyanın ən etibarlı hava limanı sayılan Tel Əvivin Ben Qruion aereportunda təhlükəsizlik səviyyəsini yoxlamaq üçün dostunun şəxsiyyət vəsiqəsilə iş üçün müraciət edib. 

Dostunun uzun saçlı şəkli özünə bənzəməsə də, 2-3 dəqiqə davam edən görüşdən sonra onu təmizlik sahəsinə işə götürürlər. Jurnalist ilk gündən təyyarə təmizliyinə işə götürülür. Bundan sonra o, 12 təyyarəyə "limonad qutusu"ndan olan yalançı bombalar yerləşdirib. Amma təhlükəsizlik xidməti bundan xəbər tutmayıb. 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az