
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Afrika turu səfərindən qabaq jurnalistlərə açıqlama verib.
Qaynar.info-nun məlumatına görə, baş nazirin Gezi Parkı ilə bağlı növbəti dəfə açıqlaması zamanı "Reuters" agentliyinin müxbiri Birsen Altaylının ona verdiyi sual Ərdoğanı əsəbiləşdirib.
"Gezi parkı hadisələri xarici mətbuatda böyük rezonanas yaratdı. Müxalifətin gücü olaraq tanındı. Sizin də əhəmiyyətsiz hesab etdiyiniz və hadisələrin daha da artdığına dair söz-söhbətlər gəzir. Güc tətbiq etdiyini düşündüyünüz polislə bağlı tədbir görüləcəkmi?" sualına Ərdoğan əsəbi halda cavab verib.
"Yumşaldıcı ifadələr nə ola bilər, mənə öyrətsəniz mən də danışaram. Bütün cəmiyyət deməyin. Bu ölkədə nə iş görülmədi ki, onlar ayağa qalxdılar. Bizim evlərdə zorla saxladığımız 50 faiz var. Aman sakit olun deyirik. Sizin bunları görməyiniz lazımdır. Siz buradan "Reuters"ə bu cür məlumat verirsiz" deyə Ərdoğan əsəbi halda jurnalistə cavab verib.
Qeyd edək ki, Birsen Altaylının sualından sonra onun "twitter"dəki təqibçilərinin sayı 195-dən 50 minə qalxıb.
Qaynar.info