Xəbər lenti

Kabilin mərkəzində güclü partlayış baş verib
Dünya19:18 04.01.2014

Kabilin mərkəzində güclü partlayış baş verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfqanıstanın paytaxtı Kabil şəhərininin mərkəzində bir sıra dövlətlərin diplomatik nümayəndəlikləri yerləşən yerdə şənbə günü güclü partlayış baş verib. Trend-in  məlumatına görə bu barədə Reyter agentliyi xəbər verir.

Partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Təxminən eyni zamanda yaraqlılar Kabilin ətrafındakı hərbi bazanın yanındakı ordu karvanına hücum ediblər, bu barədə təhlükəsizlik xidmətinin nümayəndələri bildiriblər.

Əfqanıstandakı Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin (ISAF) komandanlığı hadisə yerinə öz dəstəsini göndərib.

Qaynar.info