Xəbər lenti

Kadırov Həbibin Makqreqor üzərindəki qələbəsindən yazdı
Dünya07:23 07.10.2018

Kadırov Həbibin Makqreqor üzərindəki qələbəsindən yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çeçenistanın lideri Ramzan Kadırov Həbib Nurməhəmmədovla Konor Makqreqor qarşılaşmasından yazıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, Həbibin Konora yaxşı dərs verdiyini qeyd edib:
"Bütün dünya bu mübarizəni gözləyirdi. Biz yenilməz Həbibin qələbə qazanacağına inandıq. Konor düşünürdü ki, bu qarşılaşma onun üçün asan olacaq. Lakin ilk saniyədən etibarən Həbib rəqibi silkələdi. Düşmən Həbibin onun üzünü qırmızı yağlı boya ilə boyanmış bir şəklə çevirə biləcək parlaq sənətkar olduğunu başa düşdü. Və gözəl bir final - dördüncü turda boğma. Konor mərhəmət istəyir. O məğlub oldu! Həbib kəmərlə geri döndü!"
Qeyd edək ki, bütün dünyanın gözlədiyi döyüş Həbibin Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Lakin Həbib, döyüş bitdikdən sonra Makqreqora və komandasına hücum çəkdiyi üçün ona kəmər verilməyib.