Xəbər lenti

Kadırov hicab əleyhinə olanları öldürəcəyini vəd etdi
Video 15:21 01.08.2024

Kadırov hicab əleyhinə olanları öldürəcəyini vəd etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hicab əleyhdarlarını öldürməklə hədələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, müşavirədə bildirib.

"Çeçenistan yalnız burkanın (qadının üzünü örtən baş geyimi) geyinməyin əleyhinədir və hicabın qadağan olunmasını müdafiə edənlər öldürülməlidir. Kim qızıma desə ki, hicabını çıxar, onu dərhal öldürərəm. Kim olursa-olsun, dərhal güllələyərəm. Bu, mənim şəxsi düşmənimdir, İslamın düşmənidir”, - deyə Kadırov söz verib.

Qeyd edək ki, məktəblərdə hicab geyinməyin əleyhdarlarından biri də Rusiya prezidenti Vladimir Putindir.

"Bunda yaxşı heç nə yoxdur. Bəzi respublikalarda təbii ki, milli xüsusiyyətlər var. Amma sizin dediyiniz milli xüsusiyyət deyil. Bu, dinə müəyyən münasibətin nümayişidir. Bizdə, müsəlman bölgələrində heç vaxt belə bir ənənə olmayıb”, - o, "birbaşa” çıxışlarından birində deyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->