Xəbər lenti

Kadırov: “İŞİD üzvlərini Basayevin gününə salacağıq”
Dünya15:15 25.09.2014

Kadırov: “İŞİD üzvlərini Basayevin gününə salacağıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İraq, Suriya və digər ölkələrdə olan terrorizm problemi təhlükəli və ciddi xarakter daşıyır”.

Qaynar.info-nun Axar.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Çeçenistan Prezidenti Ramzan Kadırov özünün Birinci kanalda çıxışını Feysbukda şərh edərkən deyib.

 O, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin amerikalı general Devid Petreusla bağlılığını isbat edən faktlara malik olduğunu bildirib: 

 “Yaxın Şərqdə zəngin neft bölgələri ABŞ-a müsəlmanlarsız gərəkdir. Mən həmçinin orada dedim ki, Rusiyanın bu şəxsin həddini aşmaması üçün gücü və vasitələri də var. Əgər kimsə Çeçenistana soxulsa, biz ona Əbu Valid, Əbu Xəvsu, Xəttab və Basayev kimi o dünyaya bilet verəcəyik”.

Qaynar.info