Xəbər lenti

Kadırov Ukraynaya hücum edən çeçenlər arasında itkilər olduğunu etiraf etdi
Dünya06:56 01.03.2022

Kadırov Ukraynaya hücum edən çeçenlər arasında itkilər olduğunu etiraf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov etiraf edib ki, Ukraynaya hücumda iştirak edən çeçenlər arasında itkilər olub.
Qaynarinfo xəbər verir ki, o, bu barədə özünün Telegram səhifəsində məlumat verib.
"Çeçenistan Respublikasının yerli sakinləri arasında artıq itkilər var. İki nəfər ölüb, daha altı nəfər müxtəlif dərəcəli xəsarət alıb", deyə Çeçenistan rəhbəri yazıb.
Xatırladaq ki, bundan əvvəl Kiyevdə "Cəsur Ukrayna hərbi kəşfiyyatçıları” qrupunun döyüşçüləri təhlükəli Kadırov diversant qrupunu zərərsizləşdiriblər. "Kiyevdəki cəsur Ukrayna hərbi kəşfiyyatçıları (GUR MOU) təcili yardım maşınında Kiyev ətrafında hərəkət edən bir qrup çeçen diversantı atəşə tutaraq qarşılarını alıblar”, - Anton Geraşenko yazıb.
Alpər