Xəbər lenti

Kadırovçuların kazarmasına hücum: 40 ölü, 60 yaralı (VİDEO)
Dünya12:57 25.10.2022

Kadırovçuların kazarmasına hücum: 40 ölü, 60 yaralı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar ertəsi axşam Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Kadırovun döyüşçülərinin bazasına zərbələr endiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya ordusunun döyüş meydanındakı itkilərini hesablayan "Ukrayna Silahlı Qüvvələri” "Telegram" kanalı yazıb.
Ukrayna hərbçisi Anatoli Ştefanın sözlərinə görə, zərbə nəticəsində 60-dan çox işğalçı yaralanıb, daha 40-a yaxını isə məhv edilib.
"Bu gün Ukrayna Silahlı Qüvvələri "TikToker"lərin yerləşdiyi bazaya raket hücumu həyata keçirib. İlkin məlumata görə, Kadırovçulardan 40-a yaxını demobilizasiya olunub, 60-dan çoxu yaralanıb", deyə məlumatda qeyd edilir.
Nizami Bağırov