ABŞ-ın Kaliforniya ştatındakı Moxave səhrasında yerləşən Dəniz Hava Qüvvələri Bazası evakuasiya edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə ştat qubernatoru Qavin Nyuzom məlumat verib. Ötən günlərdə səhrada baş verən 6,4 və 7,1 ballıq zəlzələlərdən sonra bazanın evakuasiyası barədə qərar qəbul edilib. Qubernatorun sözlərinə görə, təbii fəlakət yol, su və qaz xətlərinə ziyan vurub, ştata ümumilikdə 100 milyon dollar zərər dəyib. Ərazidə təmir-bərpa işləri üçün büdcədən maliyyənin ayrılması gözlənilir.
Qubernator bildirib ki, təbiət hadisəsi təkcə Kaliforniya üçün yox, bütün ölkə əlahisinə xəbərdarlıqdır, bu səbəbdən lazımi təhlükəsizlik tədbirləri əvvəlcədən görülməlidir.
Qeyd edək ki, təkanlar Kaliforniyada son 20 ildə müşahidə edilən ən şiddətli zəlzələlərdir.
Gülşən