Dünya 17:37 29.07.2022

Kalininqrada tranzit yenidən dayandırıla bilər

Litvanın "Şaulyai Bank”ının Rusiya şirkətləri ilə işləmək istəməməsi səbəbindən bu ölkənin sanksiyaya məruz qalan mallarının Kalininqrad vilayətinə tranziti yenidən dayandırıla bilər.

Qaynarinfo xəbər veruir ki, bu barədə regionun rəhbəri Anton Əlixanov "Kommersant FM” açıqlamasında bildirib.

"Rusiyalı müştərilərlə işləməkdən imtina etmək Rusiya dəmir yolu üçün ödənişin mümkünsüzlüyü demək olacaq. Buna görə də, litvalılar ya bizi pulsuz buraxacaqlar, buna şübhə edirəm, ya da bizi buraxmağı dayandıracaqlar ", deyə Əlixanov bildirib.

Bundan əvvəl Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Sergey Ryabokon bildirmişdi ki, Moskva Litva xarici işlər nazirliyinə "Şyaulyai Bank”ın sentyabrın 1-dən ruslara və belaruslara xidmətin dayandırılması, avqustun 15-dən isə rublla istənilən ödəniş əməliyyatlarının dayandırılması qərarı ilə əlaqədar nota göndərib. İstisna yalnız humanitar məqsədlər və "dövlət funksiyalarının yerinə yetirilməsini təmin etmək" üçün ödənişlərə şamil ediləcək.

İyulun 22-də Litvanın dövlətə məxsus yük daşıma şirkəti "LTG Cargo" Rusiyadan icazə verilən yüklərin Kalininqrada daşınmasını bərpa edib. Bundan əvvəl, iyunun 18-dən etibarən Avropa sanksiyalarının həyata keçirilməsinə istinad edən Vilnüs tranziti dayandırmışdı. Problemi həll etmək üçün Avropa İttifaqı sanksiyalara ayrıca aydınlıq gətirməli və bununla da Litvanı qadağanı ləğv etməyə məcbur etməli oldu.

Nizami Bağırov