Xəbər lenti

Kallas Putinin Budapeştə mümkün səfərinə münasibət bildirdi
Dünya 13:03 20.10.2025

Kallas Putinin Budapeştə mümkün səfərinə münasibət bildirdi

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlar üçün Aİ üzvü olan Macarıstana səfər etməsi ehtimalını "xoşagəlməz” adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, Lüksemburqda Avropa ölkələrinin xarici işlər nazirlərinin görüşü ərəfəsində "Reuters”ə açıqlama verib.

Kallasın sözlərinə görə, ABŞ prezidenti Donald Trampın sülhün bərpasına yönəlmiş səyləri alqışlanır, lakin eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenskinin də Rusiya lideri ilə görüşməsi vacibdir.

"Amerikanın Rusiyaya təzyiq göstərmək üçün kifayət qədər imkanları var. Əgər onlar bundan istifadə edəcəklərsə və nəticədə Rusiya müharibəni dayandıracaqsa, bu, əlbəttə, müsbət haldır”, – deyə diplomat bildirib.

Eyni zamanda Kallas qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs orderi çıxardığı şəxsin Avropa ölkəsinə gəlməsi "xoş olmayan mənzərədir”.

"Sual budur ki, bu görüşdən hər hansı nəticə çıxacaqmı”, – deyə o əlavə edib.

Kallas həmçinin bu həftə Rusiyaya qarşı 19-cu sanksiya paketinin qəbul ediləcəyini gözlədiyini bildirib.

Öz növbəsində, Litvanın xarici işlər naziri Kyastutis Budris vurğulayıb ki, Putinin Avropadakı yeri yalnız Haaqa Məhkəməsinin qarşısıdır, heç bir Avropa paytaxtında yox.

"Putin üçün Avropada yeganə yer Haaqadır – tribunal qarşısında, bizim paytaxtlarımızda deyil”, – deyə Budris qeyd edib.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin telefon danışığı zamanı Budapeştdə görüşmək barədə razılığa gəliblər. Trampın sözlərinə görə, məqsəd "Rusiya ilə Ukrayna arasındakı bu rüsvayçı müharibəyə son qoymaq”dır.

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, o da Tramp və Putinin görüşünə qoşulmağa hazırdır. Zelenskinin fikrincə, Tramp Putinə Qəzzada atəşkəsə nail olmaq üçün HƏMAS-a göstərdiyindən daha güclü təzyiq göstərməlidir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->