Kanadanın baş naziri Castin Trüdo Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrova və Baş Qərargahın rəhbəri Valeri Gerasimova qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks”ın məlumatpında deyilir.
Eyni zamanda, Kanada hökumətinin başçısı qeyd edib ki, Rusiya prezidentinin çox güman, "Kanadada şəxsi sərvətləri baxımından çox şeyi yoxdur”. Buna baxmayaraq, bu addım Qərb ölkələrinin birliyini nümayiş etdirmək məqsədi daşıyır.
Bundan əvvəl Putin və Lavrova qarşı oxşar sanksiyalar ABŞ və Böyük Britaniya tərəfindən tətbiq edilib.
Bundan əlavə, Ottava Rusiyanın SWIFT banklararası ödəniş sistemindən ayrılmasını dəstəkləyir.
Bundan əvvəl Kanada Rusiyaya qarşı 382 Rusiya Federasiyası vətəndaşına, 4 Ukrayna vətəndaşına və Rusiya bankları da daxil olmaqla 32 hüquqi şəxsə təsir edən iki iqtisadi sanksiyalar paketi tətbiq etmişdi.
Alpər