Kanadadan gələn statistik məlumatlar göstərir ki, ölkədə istehlak qiymətləri indeksi 7,3 faizə çatıb. Bu da 1983-cü ildən sonra ən yüksək səviyyədir.
Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər
verir.
Ötən həftə açıqlanacaq statistikanın (may və iyun ayları) istehlak qiymətləri indeksinin keçən illə müqayisədə 7,3% artdığını göstərməsi gözlənilir. Bu, Kanadanın 1983-cü ildən sonra ən yüksək illik inflyasiya səviyyəsidir və Mərkəzi Bankın faiz dərəcəsini 75 bənd artırmaq ehtimalını gücləndirəcək.
İllik qiymət artımının apreldə 6,8 faizə çatdığı bildirilir ki, bu da son üç onillikdə ən yüksək göstəricidir.
Digər tərəfdən, Kanada Mərkəzi Bankı inflyasiyanın qısa müddətdə artacağına dair xəbərdarlıq edib və rəsmilər keçən il inflyasiya ilə bağlı proqnozlarını ardıcıl olaraq daha yüksək rəqəmə uyğunlaşdırıblar. Qurumun faiz dərəcəsini 2-3 faizə çatdıracağı ehtimal edilir. Mart ayına qədər 0,25 faiz diapazonunda olan bu indeks ardıcıl üç seans nəticəsində artaraq indi 1,5-ə çatır.
M.Arif