Xəbər lenti

Kanadada qanlı atışma: Ölən və yaralananlar var
Dünya06:03 26.07.2022

Kanadada qanlı atışma: Ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanadanın Britiş Kolumbia əyalətində səhər tezdən atışma zamanı silahlı şəxs iki nəfəri öldürüb, iki nəfəri yaralayıb.
Qaynarinfo bu barədə BBC-ə istinadən xəbər verir.
Bazar ertəsi yerli vaxtla saat 06:00-dan qısa müddət sonra verilən fövqəladə vəziyyət xəbərdarlığı Vankuverdən təxminən 25 mil şərqdə yerləşən Langley şəhərinin mərkəzində "çoxlu atışma səhnələri" barədə xəbərdarlıq edib.
Polis tək şübhəlinin hadisə yerində güllələndiyini təsdiqləyib.
Polis yaxın qohumlarını xəbərdar edənə qədər şübhəli və onun qurbanları ictimaiyyətə açıqlanmayacaq.
Məlumata görə, hücum edənin kimliyı polisə məlum olsa da, motivi müəyyən etmək üçün istintaq davam edir.
Qeyd edilir ki, xəsarət alanlar qadının vəziyyəti ağırdır, kişi isə ayağından ağır yaralanıb. Hər ikisi Langley Memorial Xəstəxanasına aparılıb.
M.Arif