Xəbər lenti

Kanadalı Azərbaycanlılar Şəbəkəsi parlamentindəki dinləmələrdə Azərbaycanın haqlı möqeyini müdafiə etdi
Siyasət07:50 26.01.2023

Kanadalı Azərbaycanlılar Şəbəkəsi parlamentindəki dinləmələrdə Azərbaycanın haqlı möqeyini müdafiə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NAC-Network of Azerbaijani Canadians (Kanada Azərbaycanlılar Şəbəkəsi) Kanada parlamentində keçirilən dinləmələrdə iştirak edərək Azərbaycan tərəfinin mövqeyini bu ölkənin düputatlarının diqqətinə çatıdırıb.
Qaynarinfo xəbər verir ki, Kanada Parlamentinin Xarici Əlaqələr və Beynəlxalq Ticarət məsələləri üzrə Daimi Komitəsi Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik, habelə Laçın yolunda azərbaycanlı ekoloji aktivistlərin aksiyası ilə əlaqədar xüsusi dinləmələr keçirib.
Dinləmələrdə iştirak etmək üçün 5 erməni nümayəndəsi ilə yanaşı Kanadanın azərbaycanlı icmasının təmsilçisi olaraq "NAC-Network of Azerbaijani Canadians” təşkilatının İdarə Heyətinin sədri Anar Cahangirli də çıxış edərək aşağıdakıları bildirib.
- Hal-hazırkı vəziyyəti analamaq üçün bölgədə son 30 il ərzində baş verən prosesləri nəzərə almaq lazımdır. Belə ki, Azərbaycan ərazilərinin işğal altında qalması, Qarabağda və ətraf ərazilərdə yaşamış 700.000-dən artıq azərbaycanlının və eləcə də Ermənistanda yaşamış 200.000-dən artıq azərbaycanlının etnik təmizləməyə məruz qalması diqqətə alınmalıdır.
- 2020-ci ildə Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa əsaslanaraq öz ərazilərini işğaldan azad edib.
- Hal-hazırda bölgədə çox gərgin bir vəziyyət yaranmışdır. Ermənistan tərəfi 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozmaqdadır.
- Bununla yanaşı, Rusiyanın birbaşa təsiri altında olan Ruben Vardanyanın Qarabağa gələrək vəziyyəti daha da gərginləşdirib.
- Hal-hazırda isə Azərbaycanın Qarabağ bölgəsində yerləşən qızıl və mis yataqlarının qeyri qanuni işlənməsinə qarşı ekoloji aktivistlərin aksiyası davam edir və irəli sürülən tələblər tam olaraq legitimdir.
- Sonda qeyd edilmişdir ki, kanadalı azərbaycanlılar Kanadanın bölgədəki siyasətininin daha balanslı olmasının arzu edirlər və bu istiqamətdə işlərini davam etdirəcəklər.
- Çıxışın tam olaraq buradan izləmək olar.
İclas zamanı həmçinin Kanadanın hakim Liberal partiyasını təmsil edən və Xarici İşlər nazirinin parlamentdəki nümayəndəsi olan Rob Olifant bildirmişdir ki, Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır və və tam olaraq dəstəkləyir.