Xəbər lenti

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Ekonomiks 16:28 05.08.2026

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

Ölkənin birinci bankı Kapital Bank tərəfindən fond bazarına təqdim edilən ümumi həcmi 50 milyon manat olan istiqrazlarınyerləşdirilməsi5avqust 2026-cıil tarixində Bakı Fond Birjasında başa çatıb.


Kapital Bank istiqrazlarına həm fiziki, həm də hüquqi şəxslər tərəfindən yüksək maraq göstərilib. Belə ki, abunə yazılışında toplanan sifarişlərin həcmi buraxılış həcmindən 3 dəfəyə yaxın çox olub. 


Abunə yazılışınaümumilikdə 330-dan çoxinvestortərəfindən 146 milyon manatdan çoxsifariş verilib. Ümumilikdə, istiqrazların alınması üçün 314fiziki şəxs tərəfindən 57 milyon manatdan çoxsifariş verilibki, onların da 246 nəfəriBirbank Invest tətbiqi vasitəsilə tam rəqəmsal şəkildəabunə yazılışında iştirak edib.


Kapital Bank istiqrazlarına abunə yazılışı həm Birbank Invest tətbiqi, həm də Kapital Bank/Birbank filialları vasitəsilə həyatakeçirilib. Birbank Investplatforması investorlarayerli və xarici maliyyə bazarlarında investisiya əməliyyatlarını tam rəqəmsal şəkildə həyata keçirmək imkanı təqdim edir.


Qeyd edək ki,Kapital Bank istiqrazlarının müddəti 1 il, illik gəlirliliyi isə 10% təşkil edir. Faiz gəlirləri investorlara aylıq ödənilir.Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.


Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir.


Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->