İdman 11:11 20.06.2022

Karateçilərimiz Avropa çempionatında 5 medal qazandı

Çexiyanın paytaxtı Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başa çatıb.

Qaynarinfo xəbər verir ki, yarışa qoşulan yeniyetmə və gənclərdən ibarət komandamız 3 qızıl, 2 bürünc medal qazanıb. Vahid Həsənov (+76 kq), Hüseyn Məmmədli (67 kq), yeniyetmələrin yarışında Əzim Rahib (+70 kq) qızıl, komandanın digər üzvləri Aslan Dostuyev (57 kq), Fatimə Məmmədova (47 kq) isə qitə çempionatında üçüncü yerləri tutublar.

Turnirə 48 ölkədən 1 064 idmançı qatılıb.
 
Səbuhi Həsənov