Xəbər lenti

Kasıb ölkələrdə kompüter asılılığı və qumara maraq daha çoxdur - Psixiatr
Dünya09:03 02.07.2023

Kasıb ölkələrdə kompüter asılılığı və qumara maraq daha çoxdur - Psixiatr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Həyat səviyyəsi aşağı olan ölkələrdə kompüter asılılığı riski daha yüksək olacaq". 
Qaynarinfo xəbər verir ki, bunu Gazeta.ru-ya psixiatr Vadim Qagin deyib.
Psixiatrın sözlərinə görə, dünyanın 7 regionunda 31 ölkədə qumar oyunlarının yayılmasını qiymətləndirən bir araşdırma var. Meta-analiz göstərib ki, kompüteri və daimi internetə çıxışı olanlar arasında qumar asılılığının qlobal yayılması 6,0% təşkil edir.
"Ən yüksək yayılma Yaxın Şərqdə 10,9%, ən aşağı yayılma isə 2,6% ilə Şimali və Qərbi Avropada olub. Çünki bu ölkələrdə insanlar virtual həyatda real həyatdan daha rahatdırlar. Kompüter oyununda belə bir insan uğur qazana, arzularını həyata keçirə bilər”, deyə Qagin bildirib.
"Asiya regionunda qumar oynama tezliyinin 25%-ə çatdığını göstərən araşdırmalar da var", deyə Qagin əlavə edib. 
Aydın