Xəbər lenti

Köçəryan Ermənistan hökumətini fırıldaqçılıqda suçladı
Dünya12:46 13.01.2014

Köçəryan Ermənistan hökumətini fırıldaqçılıqda suçladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın sabiq prezidenti Robert Köçəryan hazırki hökuməti təbii qazın real qiymətini əhalidən gizlətməkdə ittiham edib
 
APA-nın məlumatına görə, R.Köçəryan özünün qeyri-rəsmi saytına müsahibəsində qazın qiymətinin dəyişməsi ilə bağlı həqiqətin gizlədilməsinin məntiqini anlamadığını deyib.
 
“Açıq-aşkar bilinirdi ki, respublikaya idxal olunan qazın qiyməti istehlakçılara təklif olunan qiymətdən çoxdur. Bunu gömrükdəki “invoys”lardan da görmək mümkün idi. Öncədən hamı bilirdi ki, hökumət xoşagəlməz izahatlardan qaça bilməyəcək. Ancaq yəqin ki, onlar “Qazprom”la hansısa başqa sxemlərlə anlaşacaqlarına ümid edirdilər. Lakin bu alınmadı”, - deyə o, vurğulayıb.
 
R.Köçəryanın sözlərinə görə, hökumət təmsilçilərinin parlamentdə yaranmış durumla bağlı normal izahat verə bilməməsi Sarkisyan iqtidarının imicinə böyük zərbə vurub:
 
“Ondansa üzr istəmək daha asan idi. Təəssüf ki, Ermənistan heç vaxt əhalinin dövlət institutlarına yüksək etibarı ilə seçilmirdi. Belə olaylar isə olan-qalan etibarı da yox edir”.


Qaynar.info