
ABŞ Federal Tədqiqatlar Bürosunun keçmiş agenti Valeri Vilson prezident Donald Trampın "Twitter" hesabını bağlatmaq üçün şirkəti satın almağı planlaşdırır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu məqsədlə Vilson ianə kampaniyası təşkil etməyə başlayıb. Bildirilir ki, Trampın şiddət və nifrət dolu paylaşımlarına baxmayaraq hesabı bağlanmır.
"www.gofundme.com" saytında başladılan kampaniyanın şüarı "Gəlin "Twitter"i alaq və Trampa qadağa qoyaq"dır. "Trampı susdurmağın zamanı gəlib. İrqçilərə cəsarət verən və jurnalistlərə qarşı şiddəti təşviq edən "tweet"ləri ölkəyə və insanlara zərər verir. Şimali Koreya ilə nüvə müharibəsinin mövcudluğu vəziyyəti daha da təhlükəli edir" deyən Vilson şirkətin xalqa açıq hissələrini alması üçün 1 milyard dollar pul toplamalıdır.
İndiyə qədər 10 min dollar vəsaitin yığıldığı deyilir.
Gülşən
Qaynarinfo.Az