Xəbər lenti

Keçmiş səfir ABŞ prezidentliyinə namizəd olacağını açıqladı
Dünya16:26 14.02.2023

Keçmiş səfir ABŞ prezidentliyinə namizəd olacağını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi və Respublikaçılar Partiyasının üzvü Nikki Heyli 2024-cü il seçkilərində prezidentlə namizədliyini irəli sürəcəyini açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "YouTube" kanalında videomüraciəti yayımlayıb.
Onun seçkidəki rəqibi ABŞ-ın keçmiş prezidenti Donald Tramp olacaq. Heyli bir müddət əvvəl Donald Trampın namizədliyini irəli sürmək niyyətini bildirəcəyi təqdirdə seçkilərdə iştirak etməyəcəyini deyib.
Videomüraciətində hind əsilli olduğundan, irqi cəhətdən ayrılmış şəhərdə böyüməsindən və ABŞ-da yeni nəsil liderlərə ehtiyacdan danışıb. 
"Bəziləri keçmişimizi ABŞ-ın əsas prinsiplərinin pis olduğuna sübut kimi qəbul edirlər. Bəziləri azadlıq vədinin uydurma olduğunu hesab edir. Bəzi insanlar bizim ideyalarımızın sadəcə yanlış deyil, irqçi və pis olduğunu düşünür. Heç bir şey həqiqətdən uzaq ola bilməz”, - Nikki Heyli videomüraciətində bildirib.
Nikki Heyli 2004-cü ildə Cənubi Karolinadan Nümayəndələr Palatasına seçilib. Bu vəzifədə o, ilk hindli amerikalı olub. O, 2011-2017-ci illərdə Cənubi Karolina qubernatoru vəzifəsində çalışıb. Nikki Heyli 2017-2018-ci illərdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb. Xanım Heyli öz bəyanatlarında dəfələrlə bildirib ki, Vaşinqton heç vaxt Moskvaya etibar edə bilməyəcək.
Donald Tramp 2022-ci ilin noyabrında ABŞ prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb. ABŞ-ın hazırkı prezidenti Co Bayden yenidən seçilməsi ilə bağlı hələ yekun qərar verməyib.
Nizami Bağırov