Xəbər lenti

Kələntəri: “Urmiya gölü qurusa, Təbriz boşaldılmalıdır, İran isə...”
Dünya12:06 15.08.2022

Kələntəri: “Urmiya gölü qurusa, Təbriz boşaldılmalıdır, İran isə...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Ekologia və Təbii Sərvətlərin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri xəbərdarlıq edib ki, Urmiya gölü həqiqətən məhv olarsa, Təbriz şəhəri boşaldılmalıdır. Bu da ən azı 1 trilyon dollara başa gələcək.
Qaynarinfo bu barədə İranın "Ensaf News" saytına istinadən xəbər verir.
"Əgər Urmiya gölü həqiqətən də tamamilə quruyub yox olarsa, üç milyon əhalisi olan Təbrizin metropolisi boşaldılmalıdır. Əgər evakuasiya mümkün olsa, bu, ən azı 1 trilyon dollara başa gələcək”, - keçmiş kənd təsərrüfatı naziri və İranın Ekologia və Təbii Sərvətlərin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kələntəri bəyan edib.
Kələntəri İran dövlətinə kinayəsini gizlətməyib:
"Urmiya gölü bərpa olunmasa, İranda heç bir hökumət sağ qala bilməz, milyonlarla insanın axınına müqavimət göstərə bilməzsiniz".
O, daha sonra vurğulayıb: "İran İslam Respublikası hökuməti cəhalət üzündən gölü qurutduğuna görə, hər bir şəraitdə və nəyin bahasına olursa-olsun, onu bərpa etməyə  məcburdur, əks halda Urmiya gölü ətrafında yaşayan bir neçə milyon insanın həyatı bioloji və xərçəng xəstəliklərindən məhv olacaq”.
Urmiya gölünün bərpası qərargahının keçmiş icraçı direktoru əlavə edib ki: "1997-ci ildə mən Kənd Təsərrüfatı Nazirliyində işlədiyim zaman bu nazirliyin su məsləhətçisi, mərhum mühəndis Cəvahiri demişdi: "Sizə xəbərdarlıq edirəm, Urmiya gölü 2016-ci ildə quruyacaq”. 
Qeyd edilir ki, İsa Kələntəri "dünyada yerüstü su ehtiyatlarının həddindən artıq istismarı səbəbindən ciddi böhrana məruz qalan yalnız iki ölkə (İran və Misir) var” deyərək xəbərdarlıq edib: "Əgər biz su böhranı haqqında düşünmsək, 25 ildən sonra 50 milyon iranlı bu ölkədən mühacirət etməli olacaq və mühacirətin dəhşətli nəticələri ortaya çıxacaq ki, artıq İran deyə bir şey qalmaya bilər”.
M.Arif