Xəbər lenti

"Kənarda qala bilmərik" - Britaniya Ukrayna üçün yeni hərbi paket hazırlayır
Dünya07:53 24.03.2022

"Kənarda qala bilmərik" - Britaniya Ukrayna üçün yeni hərbi paket hazırlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya martın 24-də NATO və G7 liderlərinin görüşlərində Ukraynaya "yeni böyük hərbi dəstək paketi"ni elan etmək niyyətindədir.
Bu barədə Qaynarinfo Britaniya hökumətinin saytında dərc olunmuş press-relizə istinadən xəbər verir.
Qeyd edilir ki, yeni dəstək paketinə tank əleyhinə və fuqas silahlardan ibarət 6 min raket, həmçinin Ukrayna ordusuna 25 milyon funt-sterlinq maliyyə dəstəyi daxil olacaq.
London, Ukrayna ordusuna yardım etməklə yanaşı, BBC Dünya Xidmətinə "Rusiya və Ukraynada dezinformasiya ilə mübarizə aparmaq və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayətlərinin araşdırılmasına yeni maliyyə və polis dəstəyi göstərmək” üçün əlavə 4 milyon funt-sterlinq ayırır. 
"Vladimir Putin Ukraynada artıq uğursuzluğa düçar olub. Ukrayna xalqı səbəbsiz hücum qarşısında vətənlərini müdafiə etməkdə özünü son dərəcə cəsarətli və dözümlü göstərir", - Böyük Britaniyanın baş naziri Boris Conson deyib.
"Rusiya, Ukrayna şəhərlərini dağıdarkən biz kənarda qala bilmərik və qalmayacağıq da. Böyük Britaniya, müttəfiqləri ilə birlikdə müharibənin gedişatını dəyişmək məqsədilə Ukraynanın müdafiəsini gücləndirməyə yönəlmiş hərbi və iqtisadi dəstəyi artırmaq üçün işləyəcək", - o əlavə edib.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo