Xəbər lenti

İdman 22:22 08.05.2026

"Kəpəz" son Azərbaycan çempionu "Sabah"a səfərdə qalib gəldi

Misli Premyer Liqasının XXXI turunda "Kəpəz" səfərdə son Azərbaycan çempionu "Sabah"a qalib gəlib.

Qaynarinfo xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib.

Qolu 46-cı dəqiqədə Rəham Hacıyev vurub.

Turnir cədvəlində 10-cu sırada yer alan "Kəpəz" bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıraraq yerini möhkəmləndirib. 75 xalla lider olan "Sabah" isə çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, turun açılış matçında "İmişli" və "Zirə" qolsuz bərabərə qalıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.
--> -->