Xəbər lenti

Kerri Cenevrədə səfərdədir
Dünya20:28 01.05.2016

Kerri Cenevrədə səfərdədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ dövlət katibi Con Kerri Cenevrəyə gəlib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün burada dövlət katibi BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüşəcək.
Danışıqlarda Suriyadakı siyasi vəziyyət, eləcədə atəşkəs rejiminin gücləndirilməsi və humanitar yüklərin əhaliyə çatdırılması məsələləri müzakirə olunacaq.
Daha sonra Con Kerri Cenevrədə İordaniyanın xarici işlər naziri Nəsir Cudeh, sabah isə Səudiyyə Ərəbistanı XİN rəhbəri Adil əl-Cübeyr ilə görüşəcək. 
Qaynarinfo.az