
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək.
Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.
"Lavrovla Kerri arasında ikitərəfli görüş keçiriləcək. Görüşün dəqiq tarixi məlum deyil. Düşünürəm ki, nazir və dövlət katibi arasında bir neçə görüş baş tutacaq", - deyə V.Çurkin qeyd edib.
Qaynarinfo.Az