Xəbər lenti

"Keşlə" azarkeşə, "Sabah"la "Səbail" isə futbolçusuna görə cəzalandı
İdman12:12 12.11.2021

"Keşlə" azarkeşə, "Sabah"la "Səbail" isə futbolçusuna görə cəzalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, Premyer Liqanın 10-cu turuna həsr olunan iclasda 3 klub cəzalanıb. 
"Sabah” – "Zirə” oyununda "Sabah” klubunun 17 nömrəli futbolçusu Xuan Kamara qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. 
"Keşlə” – "Neftçi” oyununda matçın 86-cı dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
"Səbail” – "Qəbələ” oyununda "Səbail” klubunun 34 nömrəli futbolçusu Yurqen Qoxa qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb klub 200 manat cərimə olunub.
Səbuhi Həsənov