Xəbər lenti

Kilsədə cümə namazı qılınacaq
Dünya18:32 12.11.2014

Kilsədə cümə namazı qılınacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da ilk dəfə olaraq kilsədə cümə namazı qılınacaq. ANS PRESS-in məlumatına görə, amerikada yaşayan müsəlmanlar Vaşinqtonun kafedral kilsəsində cümə namazı qılacaqlar.
Bu kilsənin seçilməsi isə heç də təsadüfi deyil.
Belə ki, Cənubi Afrikanın ABŞ-dakı səfiri İbrahim Rəsul bildirib ki, bu kilsə ən qədim tarixi abidələrdən biridir. Kilsənin daxilində həkk olunmuş ornamentlər məscidi xatırladır.
"Cümə namazı zamanı kilsədə olan stullar müvəqqəti götürüləcək, döşəməyə isə xalçalar səriləcək. Qadın və kişilər üçün ayrıca zallar olacaq", deyə səfir bildirib.
Qaynar.info