Xəbər lenti

Dünya 14:33 10.01.2024

Kim Çen İn Cənubi Koreyanı məhv etməyə hazır olduqlarını açıqladı

Şimali Koreya lideri Kim Çen İn ölkəsinin Cənubi Koreyanı məhv etmək üçün bütün hərbi potensialından istifadə edəcəyi ilə hədələyib. Onun sözlərinə görə, Şimali Koreya Seuldan tərəfindən hər hansı "hərbi təxribat” olarsa, belə addımlar atacaq.

Qaynarinfo xəbər verir ki, o, bu barədə KXDR-in müdafiə sənayesi müəssisələrinə səfəri zamanı bildirib.
 
"Əgər Koreya Respublikası dövlətimizə qarşı silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə və ya suverenliyimizi, təhlükəsizliyimizi təhdid edərsə, biz Koreya Respublikasını tamamilə məhv etmək üçün bütün mövcud vasitə və güc arsenalından istifadə etməkdən çəkinməyəcəyik", - Kim Çen bildirib. 

O vurğulayıb ki, KXDR Koreya yarımadasında "əzici gücü ilə” birtərəfli qaydada böyük hadisələr törətmək, eyni zamanda "müharibədən qaçmaq niyyətində də deyil”. "Koreya Respublikasının hakim qanqsterləri KXDR ilə qarşıdurma kimi intihar siyasətinin səhvini dərk etmədikcə, respublikamız ədalətli mübarizə prinsiplərinə əsaslanan aşkar əməli hərəkətləri hər zaman davam etdirəcək”, - Şimali Koreya lideri əlavə edib. 

Xatırladaq ki, keçən il dekabrın sonunda Kim Çen bildirib ki, ABŞ-ın "görünməmiş” qarşıdurma addımlarına qarşı çıxmaq üçün Şimali Koreya 2024-cü ildə müharibəyə hazırlığı sürətləndirməlidir. O, həmçinin Rusiya da daxil olmaqla "anti-imperialist müstəqil ölkələr”lə strateji tərəfdaşlığı dərinləşdirməyə söz verib.
2023-cü ilin oktyabrında KXDR hakimiyyəti ABŞ-ın nüvə müharibəsi törətmək istədiyini və bu məqsədlə özünün strateji bombardmançı təyyarələrini Koreya yarımadasına köçürdüyünü açıqlayıb. Buna cavab olaraq Şimali Koreya rəhbərliyi qabaqlayıcı nüvə zərbəsi endirməklə hədələyib. Bundan əvvəl KXDR parlamenti konstitusiyaya ölkəyə hərbi nüvə proqramını inkişaf etdirmək hüququ verən düzəliş qəbul edib. Şimali Koreya lideri Kim Çen bunu güclü siyasi silah adlandırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->