
Şimali Koreya növbəti ballistik raket sınağını həyata keçirib.
"Qaynarinfo" xəbər verir ki, KXDR "Xvason-14" qitələrarası ballistik raketin ikinci uğurlu sınağı ilə bağlı bu ölkənin mərkəzi teleqraf agentliyi xəbər verir.
Məlumata görə, sınaqların keçirilməsi haqqında əmri ölkə lideri Kim Çen İn özü verib. O, raketin buraxılışına komanda məntəqəsindən seyr edib. Kim Çen In ötən axşam baş tutmuş ballistik raket sınağını şərh də edib. O, bu sınaqları ABŞ üçün "ciddi xəbərdarlıq" adlandırıb.
Şimali Koreya lideri əlavə edib ki, Birləşmiş Ştatlar tərəfindən Pxenyana qarşı yönələn sanksiya və hərbi təhdidlər yalnız ölkənin nüvə gücünün artırılmasına olan meylini gücləndirir.
Onun sözlərinə görə, nüvə proqramı "strateji gücdür", ona görə bu dayandırıla bilməz.
"ABŞ bizim dövlətimizə toxunmağa cürət edərsə, təhlükə altında olacaq", — deyə agentlik Kim Çen Inın sözlərini sitat gətirib.
Qaynarinfo.Az