Şimali Koreya lideri Kim Çen İnin ölkənin şərqində yeni bir turizm bölgəsinin inşasında iştirak edən işçilərə təşəkkür etdiyi bildirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Cəbubi Koreyanın "Yonhap" xəbər agentliyinin Şimali Koreya qəzeti olan "Rodonq Sinmun" məlumat yayıb. Cənubi Koreyanın Birləşmə naziri Ryoo Kihl-jae paytaxt Seulda çıxışı zamanı Şimali Koreya ilə bağlı hər hansısa bir qeyri-adi hadisənin baş vermədiyini deyib.
Həmçinin prezident Mun Ce-in xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Mun Çunq da bu barədə CNN-ə açıqlama verib.
"Hökumətimizin mövqeyi sabitdir. Kim Çen İn həyatdadır və vəziyyəti yaxşıdır. Aprelin 13-dən bəri Vonson bölgəsində qalır. Bu vaxta qədər hər hansı bir şübhəli hal müşahidə edilməyib", - deyə o, bildirib.
Qeyd edək ki, bir müddət öncə qərb mətbuatı Kim Çen İnin öldüyü ilə bağlı məlumat yayıb. Buna səbəb isə onun babasının doğum günü münasibətilə keçirilən tədbirdə iştirak etməməsi olub. Şimali Koreyanın rəsmi xəbər agentliyi isə öncə onun komada olması ilə bağlı xəbər yaymışdı. Daha sonra isə dövlət radiosu prezidentin səhhətinin yaxşı və işini başında olduğunu elan etmişdi.
Camal