Şimali Koreya lideri Kim Çen In ötən gün reallaşdırılan qısa mənzilli raket sınaqlarını izləyib.
Qaynarinfo xəbər verir ki, Kim dünən səhər saatlarında Vonsanda baş tutan təlim ərazisinə gedib və prosesi müşahidə edib. Hücum təlimində çox sayda raket, taktiki silahlar test edilib. Bir neçə qısamənzilli raket Yapon dənizinə atılıb.
Qeyd edək ki, Cənubi Koreyanın XİN başçısı Kang Kyung-wha ilə ABŞ Dövlət Katibi Mayk Pompeo məsələni müzakirə edib və sınaqları diqqətdə saxladıqlarını bildirib.