Xəbər lenti

Kino sahəsi niyə büdcəsiz qaldı?
Sənət 14:34 12.11.2025

Kino sahəsi niyə büdcəsiz qaldı?

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Polad Bülbüloğlu 2026-cı il üçün kino sahəsinə pul ayrılmadığını bildirib. Sədr bunun Azərbaycan kinosunun gələcəyi üçün təhlükəli olduğunu bildirib: 

"Mədəniyyət sahəsi elə sahədir ki, nə qədər pul ayırsan da, çatmaycaq. Pulun ayrılmaması kino mütəxəssislərinin başqa sahələrə yönəlməsinə gətirib çıxaracaq”.

Xalq artisti Rasim Balayev Qaynarinfo-ya açıqlamasında buna təəssüf etdiyini bildirib:
 
 

"Xəstəyəm, olanlardan məlumatsızam, amma hər halda ayırsalar daha yaxşı olar".

Kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev hesab edir ki, kino sənəti xalqın güzgüsüdür:
 

 
"Kino milli mədəniyyətin bir hissəsi olmalıdır. Kinonu kommersiya relslərinə qoymaq onu məhv etmək deməkdir. Mən Polad müəllimin sözləri ilə razıyam. Kino inkişaf etməlidir".

Bahar Rüstəmli

--> -->