Xəbər lenti

Kişi kimi doğlub, dünyada qadın kimi məşhur oldular - FOTOLAR
Maqazin10:48 11.10.2016

Kişi kimi doğlub, dünyada qadın kimi məşhur oldular - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnanmaq çətin olsa da, müasir tibb cinsiyyətini dəyişdirmək istəyən insanların arzusunu əməliyyatla çox asan şəkildə həyata keçirməyə imkan verir.

Sonradan əməliyyatla cinsiyyətini dəyişdirib qadın olan məşhurların siyahısını təqdim edir. Onların bəziləri moda dünyasının və bir çox bahalı brendlrin tanınmış simasıdır.

Andreaj Pejik

Erkek

Erkek

Erkek

Andreaj Pejik dəb dünyasının ən məşhur modellərindən biridir. O, hələ əməliyyat keçirməzdən əvvəl podiumların sevilən modeli olub. Kişi model olaraq çıxış etdiyi vaxtlarda qüsursuz üz cizgiləri ilə bu sahədəki ən cazibədar və güclü qadın rəqiblərini də geridə qoyurdu. Pejik cinsiyyətini dəyişdirməzdən əvvəl bəzi qadın alt paltarı firmaları üçün də çalışıb. Andrea Pejik cinsiyyətini dəyişdirdikdən sonra da modellik karyerasını davam etdirir.

Kamila Asanka

Erkek

Erkek

Kamila Asanka Şri-Lankada dünyaya gəlib. Cinsiyyətini dəyişdirdikdən sonra reklamlarda çəkilməyə başlayıb. Bir çox firmanın siması olan Kamilla ölkəsini “Miss İnternational Queen” gözəllik yarışmasında da təmsil edib.

Şen Lili

Erkek

Erkek

Erkek

Çinin ən çox tanınan gənc modeli Şen Lili da dünyaya kişi kimi gəlib. Amma sonradan cinsiyyətini dəyişdirib. Şen Lili eyni zamanda şəxsiyyət vəsiqəsində də adını dəyişdirməyə nail olub. Bundan başqa, o, ölkəsini “Kainat gözəli” müsabiqəsində təmsil etmək üçün böyük mübarizə aparıb. Təşkilatçılar buna müqavimət göstərsə də, nəticədə müsabiqə gecəsində onun çıxışına icazə verilib.

Jamie Klayton

Erkek

Erkek

Amerikalı model və aktrisa bir neçə TV seriallarında oynayıb. Eyni zamanda bir kanalda cinsiyyət dəyişikliyi ilə bağlı verilişin aparıcısı olub. Jamie Klayton kamera qarşısına keçmədiyi vaxt “Roma” musiqi qrupunda fəaliyyət göstərir.

Karolina Kossey

Erkek

Erkek

Karolina da həyata kişi kimi başlayanlardandır. O, “The Living Daylights” adlı Ceyms Bondun filmində rol alıb. O, həyatını “I am a Woman” (Mən qadınam) adlı avtobioqrafik kitabında qələmə alıb.

Kim Petras

Erkek

Erkek

Kim də cinsiyyətini dəyişdirib qadın olan məşhurlardandır. Maraqlısı odur ki, Kim 12 yaşında cinsiyyətini dəyişdirməyə qərar verib. O, Almaniyanın ən tanınmış gənc müğənnilərindən biridir.

Lea T

Erkek

Erkek

Lea braziliyalı futbolçunun oğlu kimi dünyaya gəlib. Lakin cinsiyyət dəyişdirib podiumların ən çox tələb olunan gözəllərindən biri olub.

Miriam Rivera

Erkek

Erkek

Meksikalı Miriam Rivera də öz ölkəsində kifayət qədər məşhur modeldir.

Yasmin Li

Erkek

Erkek

Tailandda dünyaya gələn Yasmin Kaliforniyaya köçdükdən sonra 18 yaşında ABŞ ordusuna yazılıb, amma cinsi təcavüzə məruz qaldıqdan sonra qadın olmağa qərar verib. O, bir müddət porno sektorunda vizajist kimi, sonralar televiziya çəkilişlərində çalışıb.(publika.az)

Qaynarinfo.Az