Xəbər lenti

Kişiləri dəli edən reklam çarxı - FOTOLAR
Maqazin15:52 03.05.2015

Kişiləri dəli edən reklam çarxı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Supermodellər Adriana Lima, Dautsen Kres, Coan Smolls və Nataşa Polinin çəkildiyi reklam çarxı gözlənilən effektin əksini verib. Anspress-in məlumatına görə, qadınlar üçün nəzərdə tutulan reklam çarxı İnternetə yerləşər-yerləşməz kişilərin böyük marağı ilə qarşılaşıb.
Seksual görünüşlü bu bahalı modellər İsveçin H&M geyim brendinin yeni bikini kolleksiyasının reklamında rol alıblar.
Döyüş filmlərini xatırladan reklam çarxının süjeti çox maraqlıdır; dünyanın 4 müxtəlif məkanında olan 4 model qəfil çağırış mesajı alırlar. Onlar bütün işlərini yarımçıq qoyaraq göstərilən yerə tələsirlər. Xanımlar tropik çimərlikdə görüşür və sonra da H&M bikinilərinin reklamına başlayırlar.
"H&M Summer 2015: Summer starts now!" adlı reklama çəkilən supermodellər "xüsusi təyinatlı agent" statuslu qadınlar rolunda çəkiliblər. Onlar London, Milan, Mayami və Santa-Dominikadan Karib hövzəsindəki adalardan birinə tələsirlər. 
Reklam klipinin çəkilişinə 3 milyon avro ayrılıb.




Qaynar.info