Xəbər lenti

KİV: İran İsrailə hücuma başladı - Onlarla kamikadze PUA-sı səmada
Dünya 00:02 14.04.2024

KİV: İran İsrailə hücuma başladı - Onlarla kamikadze PUA-sı səmada

"Axios"un siyasi müxbiri Barak Ravid dörd Amerika və İsrail mənbəsinə istinadən X sosial şəbəkəsində yazır ki, İran İsrailə onlarla kamikadze pilotsuz uçuş aparatı (PUA) hücum edib

Qaynarinfo xəbər verir ki, eyni məlumatı İsrailin KAN radiosu da yayıb. 

Bundan bir qədər əvvəl İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri səmada onlarla təyyarə ilə həyəcan vəziyyətinə gətirilmişdi. Əməliyyat ABŞ-la razılaşdırılaraq həyata keçirilir.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail həm müdafiə, həm də hücumda İranın birbaşa hücumuna hazırdır. Bundan əvvəl İordaniya hakimiyyəti saat 23:00-dan (Bakı vaxtı iə 00.00) hava məkanını müvəqqəti olaraq bağlayacağını açıqlayıb.

"İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətdədir və səmada onlarla hazır təyyarə var. Biz strateji tərəfdaşlarımızla, ilk növbədə ABŞ-la vəziyyəti qiymətləndiririk və onlarla sıx koordinasiyanı davam etdiririk”, - deyə İDF sözçüsü Daniel Hagari brifinqdə bildirib.

 O, həmçinin bildirib ki, bu həftə İDF vəziyyəti qiymətləndirib və İrandan hücuma hazırlıq planlarını təsdiqləyib.

Bundan əvvəl "Əl-Cəzirə" telekanalı Amerika administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, ABŞ-ın məlumatına görə, İran aprelin 14-də səhər tezdən Dəməşqdəki konsulluğa hücuma cavab olaraq İsrailə hücum edə bilər. Telekanalın mənbəsinin sözlərinə görə, hücum üçün İraq və Suriyadakı iranpərəst qüvvələrdən istifadə oluna bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->